Üç kənddə məskunlaşma başa çatıb
Ağdamın üç kəndində artıq məskunlaşma başa çatıb.
ERAmedia xəbər verir ki, bunu Xankəndidə keçirilən “III Azərbaycan Milli Şəhərsalma Forumu”nda çıxış edən Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
Onun sözlərinə görə Ağdamın kəndlərinə təxminən 4 min nəfər geri qayıdıb:
“Hazırda bölgədə iqtisadi cəhətdən aktiv əhali 2 200 nəfərdir, işsizlik səviyyəsi isə 8 faizdən aşağıdır”.
Emin Hüseynov qeyd edib ki, gələn ay Ağdama 900 ailənin köçü planlaşdırılır.