UEFA-dan Qazaxıstan Futbol Federasiyasına-CƏRİMƏ
UEFA Qazaxıstan Futbol Federasiyasını 8750 avro cərimələyib.
ERAmedia xəbər verir ki, buna 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Qazaxıstan – İngiltərə oyununda yaşananlar səbəb olub. Sentyabrın 8-də gerçəkləşən qarşılaşmada meydana azarkeşlərin daxil olmasına görə quruma 1250 avro cərimə tətbiq edilib. Federasiya görüşün gec başlaması ucbatından isə 7500 avro ödəməli olacaq.
Qeyd edək ki, qarşılaşma İngiltərənin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb