media-ugur-1

Türkiyənin maraqla izlənən “Eşref Rüya” serialında “İhtiyar” obrazı ilk dəfə tamaşaçı qarşısına çıxacaq.

ERAmedia Türkiyə KİV-ə istinadən xəbər verir ki, serialın ən təhlükəli və güclü personajlarından biri olan “İhtiyar”ı məşhur aktyor Uğur Yücel canlandıracaq.

İndiyə qədər yalnız adı ilə qorxu yaradan, gizlində yaşayan “İhtiyar” illər sonra ortaya çıxacaq.

Qızının əsl kimliyini öyrənmək istəyən bu sirli obrazın seriala daxil olması hadisələrin axarını tam dəyişəcək.

Yeni obraz təkcə Nisanın həyatına deyil, həm də Eşrefin həyatına təsir edəcək.


media-adspc

Bənzər xəbərlər