media-af493b3d8f78078951a98e51e29e82ab_1
media-bant_master

ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff öz biznesinə daha çox diqqət ayırmaq üçün prezidentin administrasiyasını tərk etməyi planlaşdırır.

ERAmedia xəbər verir ki, bu barədə “Middle East Eye” nəşri adları açıqlanmayan iki mənbəyə istinadən məlumat yayıb.

“Uitkoff Yaxın Şərqdə gərgin diplomatik iş qrafikindən sonra öz biznesinə diqqət yetirmək üçün administrasiyanı tərk etməyi planlaşdırır”, – deyə məlumatda qeyd olunub.

Xüsusi nümayəndənin vəzifəsini tərk edəcəyi konkret tarix açıqlanmayıb.


media-adspc

Bənzər xəbərlər