Ülkər İsmayılova icra başçısına yeni müavin təyin edildi
Lənkərana yeni icra başçısı müavini təyin edilib.
ERAmedia xəbər verir ki, bununla bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov sərəncam imzalayıb.
Belə ki, Ülkər İsmayılova başçının müavini – Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Ü.İsmayılova bu təyinata qədər Lənkəran ŞİH başçısının Girdəni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb. O, uzun illər icra hakimiyyəti aparatında dövlət qulluğunda fəaliyyət göstərib.









