Ulu Öndərin xatirəsi Heydər Əliyev zirvəsində anılıb
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir qrup əməkdaşı Böyük Qafqaz dağlarında yerləşən Heydər Əliyev zirvəsinə yürüş edib.
ERAmedia Nazirlikdən bildirilib ki, yürüş iştirakçıları Qubanın Xınalıq kəndi yaxınlığındakı Qızılqaya silsiləsində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə olan Heydər Əliyev zirvəsinə qalxıblar.
Hava şəraitinin ağır və relyefin mürəkkəb olmasına baxmayaraq, onlar məqsədə uğurla nail olublar.
Yürüş iştirakçıları zirvədə Azərbaycan bayrağını dalğalandıraraq Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıblar.









