UNESCO-nun yubileylər proqramına daxil edilən aşıqlarımız
Aşıq Dirili Qurbani və Aşıq Ələsgərlə bağlı tarixlər UNESCO-nun yubileylər proqramına daxil edilib.
Bu barədə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasından bildirilib.
Məlumata əsasən, Aşıq Dirili Qurbaninin anadan olmasının 550 illiyi, Aşıq Ələsgərin isə vəfatının 100 illiyi UNESCO-nun 2026–2027 yubileylər proqramına daxil edilib, qərar Baş Konfransın 43-cü sessiyasında təsdiq olunub.









