media-1724356227_telebe-1_1695379746

Uşağın universitetə qəbul olması, əlbəttə, ailə üçün böyük sevincdir.

ERAmedia xəbər verir ki, jurnalist Afaq Mirayiq son dövrlər bu sevincin də yeni bir “pul yığmaq mərasimi”nə çevrilməsinin cəmiyyətdə haqlı narazılıq doğurduğunu bildirib.

Afaq Mirayiqin sözlərinə görə, övladı ali məktəbə qəbul olan bəzi valideynlər qonaqlara dəvətnamə paylayır, restoranlarda məclis təşkil edir və bununla da toy-yas ənənələrinə daha bir “məclis” əlavə olunur.

Jurnalist qeyd edib ki, əsas problem yalnız belə tədbirlərin keçirilməsi deyil. Onun fikrincə, bir vaxtlar şəxsi seçim kimi başlayan bu davranış qısa müddətdə dəbə çevrilir:

“Dəvət alan insanlar isə bəzən getməmək, pul yazdırmamaq və ya bu yarışa qoşulmamaq imkanında özlərini narahat hiss edirlər. ‘Hamı edir, mən də etməliyəm’ düşüncəsi ailələri əlavə xərcə salır, sosial təzyiq yaradır”.

Afaq Mirayiq vurğulayıb ki, Azərbaycanda illərdir toy və yas mərasimlərinin sadələşdirilməsi, insanların imkanlarından artıq xərcə düşməməsi barədə danışılır.

“Amma görünən odur ki, biz bir mərasimi sadələşdirməyə çalışarkən, yenisini yaradırıq. Sabah məktəbə qəbul, işə düzəlmə, diplom alma, xaricə getmə kimi hər hadisənin ayrıca ‘pul yığımı’ məclisinə çevrilməsi də mümkündür”, – deyə jurnalist bildirib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər