media-ads-728x90
media-wopprsf3elqnqnu9vrpknlza1uk4awgxsn1dtwvq_1200
media-ads-728x90

ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) son peyk görüntülərinə əsasən, İranda Urmiya gölü geniş duz çölünə çevrilib və demək olar ki, tamamilə quruyub.

ERAmedia xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Mütəxəssislər qurumanın əsas səbəblərini uzunmüddətli quraqlıq, iqlim dəyişikliyi, su anbarlarının tikilməsi və kənd təsərrüfatında həddindən artıq su istifadəsi ilə izah edirlər.

Bildirilir ki, gölün yox olması ekosistemdə ciddi fəsadlara yol açıb. Alimlərin fikrincə, Urmiya gölü təbii balansını tam itirib və region ekoloji fəlakət astanasındadır.


media-ads-728x90

Bənzər xəbərlər