media-692c60fa044ec692c60fa044ed1764516090692c60fa044ea692c60fa044eb
media-bant_master

media-img_1849_1764515635

Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turniri başa çatıb.

ERAmedia xəbər verir ki, milli komandamız Dünya Cüdo Turuna daxil olan yarışda bir medal qazanıb.

Son yarış günündə +100 kq çəki dərəcəsində çıxış edən Uşanqi Kokauri bürünc mükafata yiyələnib. Cüdoçumuz həlledici görüşdə Niderland təmsilçisi Yur Spaykersi ipponla məğlub edərək fəxri kürsüyə yüksəlib.

Yığmamızın digər üzvləri – Əhməd Yusifov (-60 kq), Murad Fətiyev (-90 kq) və Camal Qamzatxanov (+100 kq) turniri 5-ci yerdə başa vurublar.

Qeyd edək ki, ilk üç qarşılaşmasında qələbə qazanan Murad Fətiyev zədələndiyi üçün yarımfinal mərhələsində mübarizəni davam etdirə bilməyib.

 


media-adspc

Bənzər xəbərlər