media-usaq-xeste

Almaniyanın Brandenburg əyalətinin Havelland bölgəsində çalışan 45 yaşlı uşaq həkimi “uşaqlara qarşı cinsi xarakterli cinayətlər” üzrə 130 ayrı epizod üzrə məhkəmə qarşısına çıxarılacaq.

ERAmedia xəbər verir ki, Almaniya mətbuatının Potsdam Prokurorluğuna istinadən yaydığı məlumata görə, ittihamlar arasında “ağır uşaq istismarı” və “zorlanma” maddələri də yer alır.

Məlumatda bildirilir ki, Ratenov və Nauen şəhərlərindəki xəstəxanalarda çalışmış 45 yaşlı həkimin ittiham olunan əməllərinin böyük hissəsini vəzifə başında olarkən törətdiyi iddia edilir.

Prokurorluğun hazırladığı ittiham aktında qeyd olunur ki, cinayət hadisələri 2013–2025-ci illərdə baş verib.

Xəbərlərdə bildirilir ki, adı açıqlanmayan həkim 2025-ci ilin noyabrında bir uşağın anasının şikayətindən sonra saxlanılıb və həmin vaxtdan bəri həbsdədir.

İstintaq çərçivəsində polis tərəfindən çoxsaylı rəqəmsal məlumat daşıyıcılarının götürüldüyü, digər uşaqlara qarşı mümkün istismar hallarının da bu materiallar əsasında aşkarlandığı qeyd olunur.

Potsdam Prokurorluğu və Brandenburg polisi tərəfindən yeni qurbanların olub-olmaması istiqamətində araşdırmalar davam etdirilir.

Hadisənin üzə çıxmasından sonra Havelland Klinik Qrupu da daxili araşdırmaya başladığını açıqlayıb.

Vüsalə


media-adspc

Bənzər xəbərlər