media-26ce9022-a229-451d-a86e-06e53231e727

Süd hələ də uşaqların qidalanmasında əsas məhsullardan biri olaraq qalır. O, orqanizmi zülal, kalsium və böyümə, inkişaf və immunitetin formalaşması üçün vacib vitaminlərlə təmin edir.

ERAmedia-nın məlumatına görə, bir çox elmi araşdırmalar göstərir ki, müntəzəm olaraq inək südü içən uşaqların fiziki inkişafı daha harmonik olur və onların boy göstəriciləri yaxşıdır.

Südün faydalarını təsdiqləyən beş əsas səbəb bunlardır:

1. Süd vacib mikroelementlərlə zəngindir

Süddə B12, D və A vitaminləri vardır. Bundan əlavə, kalsium, kalium, maqnezium, sink və tiamin kimi mikroelementlərlə zəngindir. Süd həmçinin omeqa-3 və linoleik turşusu kimi yağ turşularının əla mənbəyi hesab olunur. Südün qida dəyəri onun yağ miqdarı və süd verən heyvanların qidalanmasından asılıdır.

2. Süd zəngin zülalla təmin edir

Zülal uşaqların düzgün böyüməsi və inkişafında, hüceyrələrin bərpasında və immun sisteminin tənzimlənməsində vacib rol oynayır. Bir stəkan süd 8 qram zülal ehtiva edir və bu zülal tam sayılır, yəni bütün əvəzolunmaz amin turşularını özündə birləşdirir.

3. Süd sümüklərin sağlamlığını dəstəkləyir

Süddə skeleti möhkəmləndirən bir sıra maddələr vardır. Bunlar kalsium, fosfor, zülal, kalium, maqnezium və bir sıra vitaminlərdir.

4. Süd çəkinin normallaşmasına kömək edir

Üç yaşlı uşaqlar üzərində aparılmış araşdırmalar göstərib ki, uşağın qidasına süd daxil edildikdə piylənmə riski azalır. Südün yüksək zülal tərkibi uzun müddət toxluq hissi yaradır və artıq yemək yemənin qarşısını alır. Kalsiumun yüksək səviyyəsi isə yağların parçalanmasına kömək edir və onların orqanizmə mənimsənməsini azaldır.

5. Süd uşaqların boy artımını təmin edir

Müntəzəm olaraq süd içən uşaqlar yaxşı inkişaf edir. Əksinə, süd içməyən uşaqlarda boy gecikməsi müşahidə olunur. “American Journal of Clinical Nutrition” jurnalında yayımlanan 2–6 yaşlı 5030-dan çox uşağın iştirak etdiyi araşdırmaya görə, gündə bir stəkan inək südü içməyən uşaqlar yaşıdlarına nisbətən orta hesabla 0,4 sm daha aşağı boyda olur.

Ekspertlər vurğulayır ki, uşaqların içdiyi südün keyfiyyəti və təhlükəsizliyi xüsusilə əhəmiyyətlidir.

Tamilla Manaf


media-adspc

Bənzər xəbərlər