ÜST antibiotiklərlə bağlı xəbərdarlıq edib
Səhiyyə Təşkilatının (ÜST) yeni qlobal hesabatına görə, 2023-cü ildə laboratoriya tərəfindən təsdiqlənmiş hər altı bakterial infeksiyadan təxminən biri standart preparatlarla müalicəyə davamlı olub.
ERAmedia Ümumdünya Səhiyyə Təşkilatının hesabatına istinadla xəbər verir ki, ekspertlər tədqiqatın nəticələrini “son dərəcə həyəcanlı” adlandırır və xəbərdarlıq edirlər ki, bu tendensiya davam edərsə, 2050-ci ilə qədər antibiotiklərə davamlı infeksiyalardan ölüm hallarının sayı 70 faiz arta bilər.
Hesabata görə, 2018-2023-cü illərdə istifadə edilən antibiotiklərin 40 faizindən çoxu ən çox yayılmış infeksiyalara – qan, bağırsaq, sidik yolları və cinsi yolla keçən xəstəliklərə qarşı effektivliyini itirib.










