media-17907886253060425910_1200x630

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının sentyabrın 30-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında yekun konserti olub.

ERAmedia xəbər verir ki, tədbirdə mədəniyyət və ictimaiyyət nümayəndələri, senətsevərlər və digər qonaqlar iştirak ediblər.

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında təqdim olunan konsert proqramını Xalq artisti Yalçın Adıgözəlov idarə edib. Solist qismində Gürcüstanı təmsil edən violin ifaçısı Elisso Qoqibedaşvili çıxış edib.

Konsert proqramında Arif Məlikovun “Nağıl” simfonik poeması, Aleksandr Qlazunovun violin və orkestr üçün a-moll Konserti, op. 82, həmçinin Ottorino Respighinin “Romanın şam ağacları” simfonik poeması səsləndirilib.

Qeyd edək ki, Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı sentyabrın 18-də başlayıb. Festivalın açılış mərasimi Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilib.

Sentyabrın 18-dən 30-dək davam edən festival çərçivəsində müxtəlif konsertlər və musiqi tədbirləri təşkil olunub.


media-adspc

Bənzər xəbərlər