Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - TƏHSİL
Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon Təhsil Sektoru üzrə Cəfərli kənd tam orta ümumtəhsil məktəbində valideyn məmnunluğu ilə bağlı “Şagirdlərə dəstək və şagird rifahı” mövzusunda VI sinif şagirdlərinin valideynləri ilə görüş keçirilib.
ERAmedia-nın məlumatına görə, mövzu ətrafında təlim-tərbiyə işləri üzrə direktor müavini Bəyim Şirinli geniş məlumat verib, məktəb-ailə, müəllim- şagird münasibətlərinin əhəmiyyəti, qarşılıqlı münasibətdə məmnunluğun şagirdlərə dəstək və onların rifahı üçün əhəmiyyətinin zəruri olduğunu bildirib.
I yarımilin yekunları barədə sinif rəhbəri Sevinc Maliksoy valideynləri məlumatlandırıb, onlara övladlarının təlim-tərbiyə göstəriciləri barədə danışıb. Sonra uğur sertifiqarları əlaçı şagirdlərə- Sunay, Orxan, Nüranə, Günay, Xədicə, Tamerlan və Dilarəyə təqdim olunub. Uşaq Birliyini rəhbəri Məryam Rüstəmova, praktik psixoloq Alimə Rüstəmova valideyn məmnunluğu ilə bağlı fikirlərini söyləyib, fərqlənən şagirdləri təbrik edibər.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Əməkdar müəllimi, Prezident mükafatçısı Səxavət Tağlar “İl çərçivəsi” nin təsdiq olunmuş əsas hədəfərindən söhbət açıb. Ümumi təhsil pilləsi üzrə valideyn mənmunluğunun oxu savadlılığı, riyazi savadlılıq, rəqəmsal bacarıqlar, şagirdlərin fiziki inkişafı, təhsilalanların milli-mənəvi dəyərlərə, azərbaycançılıq və vətənpərvərlik ruhunda tərbiyə oluması kimi əsas istiqamətlərlə bərabər aparılmasından danışıb.
Sonda valideynlərin suallarını cavablandırılıb.
Sevinc MALİKSOY,
Biologiya müəllimi










