media-1767506012216-850988973

Venesuela Milli Assambleyası “Demokratik birgəyaşayış naminə amnistiya haqqında” qanun layihəsini ilk oxunuşda yekdilliklə qəbul edib.

ERAmedia xəbər verir ki, bu barədə qanunverici orqanın “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat yayılıb.

Paylaşımda bildirilib ki, qanun layihəsi 1999-cu ildən bəri ölkədə baş vermiş siyasi zorakılıq dövrünə aid cinayət işlərini əhatə edir. “Demokratik birgəyaşayış naminə amnistiya haqqında qanun layihəsi ilk müzakirə zamanı yekdilliklə təsdiqlənib”, – deyə açıqlamada qeyd olunub.

Fevralın 2-də Venesuela hakimiyyətinin tanınmış hüquq müdafiəçisi, müxalifət lideri Mariya Korina Maçadonun silahdaşı Xavyer Tarasonu həbsdən azad etdiyi bildirilmişdi. Venesuelada siyasi məhbusların vəziyyətini izləyən Foro Penal hüquq-müdafiə təşkilatının məlumatına görə, siyasi motivlərlə həbs edilmiş daha 310 nəfər də azadlığa buraxılıb.

Yanvarın 31-də Venesuelanın müvəqqəti prezident vəzifəsini icra edən Delsi Rodriqes ölkədə siyasi məhbuslar üçün ümumi amnistiyanın elan olunacağını açıqlamışdı. O, müvafiq qanun layihəsinin hazırlanaraq parlamentə təqdim edilməsi barədə tapşırıq vermişdi.

Vural


media-adspc

Bənzər xəbərlər