media-21-2-640x400

ABŞ-ın vitse-prezidenti Ceyms Vens Cenevrədə keçirilən ABŞ-İran danışıqlarının “bəzi baxımdan yaxşı keçdiyini”, lakin İranın Vaşinqtonun müəyyən etdiyi “qırmızı xətləri” qəbul etməsi üçün hərbi variantlar da daxil olmaqla səylərin davam etdiriləcəyini bildirib.

ERAmedia xəbər verir ki, Vens ABŞ-ın “Fox News” telekanalına açıqlamasında İranla aparılan müzakirələri dəyərləndirib.

O, Prezident Donald Trampın İranla bağlı “bir çox seçimi” olduğunu vurğulayiıb. “Çox güclü ordumuz var. Prezident bundan istifadə etməyə hazır olduğunu göstərdi. Eyni zamanda, onun müstəsna diplomatik komandası da var və bundan da istifadə etməyə hazır olduğunu nümayiş etdirdi”, – deyə o qeyd edib.

Vens bildirib ki, ABŞ-ın əsas “qırmızı xətti” İranın nüvə silahı əldə etməməsidir. “Əgər İran nüvə silahı əldə etsə, ondan sonra nüvə silahı əldə etmək istəyəcək bir çox rejim ortaya çıxacaq. Onların bəziləri dostdur, bəziləri isə o qədər də dost deyil”, – Vens deyib.

Onun sözlərinə görə, belə bir vəziyyət ABŞ xalqı üçün fəlakətli olar və Prezident Tramp bunu önləməyə çalışır.

Vens əlavə edib ki, Vaşinqton problemi diplomatik yolla həll etməyə üstünlük verir.

Danışıqların “bəzi baxımdan yaxşı getdiyini” qeyd edən vitse-prezident bildirib ki, İran tərəfi hələlik Trampın müəyyən etdiyi bəzi “qırmızı xətləri” qəbul etməyə hazır deyil.

“Buna görə işləməyə davam edəcəyik. Amma Prezident diplomatiyanın sonuna çatıldığını demək səlahiyyətini özündə saxlayır. Ümid edirik ki, buna ehtiyac qalmaz, lakin qərarı Prezident verəcək”, – deyə o bildirib.

ABŞ və İran arasında Oman vasitəçiliyi ilə İsveçrənin Cenevrə şəhərində dünən 2,5 saat davam edən nüvə danışıqlarının ikinci raundu keçirilib.

Cenevrə görüşlərində İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edib, ABŞ tərəfini isə Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff təmsil edib.

ABŞ heyətində Trampın müşaviri Cared Kuşner də yer alıb, danışıqlar Oman xarici işlər naziri Bədr bin Həməd əl-Busaidinin koordinasiyası ilə aparılıb.

Görüşlər çərçivəsində Əraqçi və Vitkoff Busaidi ilə ayrıca görüşlər də keçiriblər

Vural


media-adspc

Bənzər xəbərlər