media-videoedited
media-3bc7db9b-53c7-4663-a48e-61b14f0a986a
media-shehidler_olmez_baner_full

Türkiyə Respublikası Elazığ Bələdiyyəsi və Elazığ Valiliyinin ev sahibliyi ilə keçirilən “Türk Dünyası 28-ci Beynəlxalq Xəzər Şeir Gecələri” adlı tədbir Ahmet Tofiq Ozan Sərgi və Konqres Mərkəzində təşkil olunub. Ədəbi aləm üçün əlamətdar görüşə çevrilən tədbir üç gün davam edib.

ERAmedia xəbər verir ki, Elazığ Bələdiyyəsi və Elazığ Qubernatorluğu ilə əməkdaşlıq, Daxili İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Xaricdə Yaşayan Türklər və Qohumları Cəmiyyəti (YTB), Yunus Əmrə İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Baş İdarəsi (TİKAİ) təşkilatçılığı, TÜRKSOY, Fırat Universiteti, Elazığ Ticarət və Sənaye Palatası (ETSO) və “Eltürk-Der 28-ci Beynəlxalq Xəzər Poeziya Gecələri” Türk dünyasının şair və sənətçilərini Elazığda bir araya gətirib.

Festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan musiqiçilər təmsil olunublar. Konsertdə Türkiyə Respublikasının Prezidenti Receb Tayib Erdoğanın oğlu Necmeddin Bilal Erdoğan, Türkiyə Prezidentinin köməkçisi Prof. Dr. Kürşad Zorlu ,Türkiyə Mədəniyyət Nazirinin müavini Dr. Batuhan Mumcu, Elazığ Bələdiyyəsinin Sədri Şahin Şerifoğulları, Elazığ Valisi Numan Hatipoğlu, Daxili İşlər Naziri, Generallar, Millət Vəkilləri, Türkiyə Milli Məclisinin Sədri, Protokol və s. diplomatik nümayəndələr iştirak ediblər. Festival dövlət nümayəndələri və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Ölkəmizi festivalda “Vətən” musiqi qrupu – xanəndə Səfalı Mirzəliyev, tarzən Ruslan Zərbaliyev və kamança ifaçısı Pərviz Fərhadov təmsil ediblər.

Qeyd edək ki, “Vətən” musiqi qrupunun üzvləri həm respublika, həm də beynəlxalq müsabiqələrin qalibləri olmaqla yanaşı, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləridir.

Konsertin yekununda musiqiçilərimizin hər biri diplomla təltif olunublar.


media-adspc

Bənzər xəbərlər