media-fhn-_psikoloyi_-_yardim453

Fövqəladə Hallar Nazirliyi (FHN) vətəndaşların nazirliyə müraciətlərinin daha da asanlaşdırılması, vətəndaş məmnunluğunun və xidmətlərin rəqəmsallaşdırılmasının təmin edilməsi məqsədilə növbəti addım atıb.

Bu barədə ERAmedia-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, vətəndaşların FHN-ə və nazirliyin müvafiq qurumlarına müraciətlərinin elektron qaydada təqdim olunması məqsədilə “mygov” platforması üzərindən də müraciət göndərilməsi imkanı yaradılıb.

Vətəndaşlar “mygov” platformasında “Dövlət qurumlarına rəsmi məktub” bölməsi vasitəsilə FHN-i və ya nazirliyin müvafiq alt qurumunu seçərək elektron müraciətlərini ünvanlaya bilərlər.

Müraciətin nəticəsi üzrə FHN tərəfindən hazırlanmış rəsmi cavab “mygov” platforması üzərindən vətəndaşın şəxsi kabinetinə göndərilir.


media-adspc

Bənzər xəbərlər