media-mkbeiwqsptkac5a8wuvg8lvablrwzu5jd2tp3oiq_640
media-bant_master

Azərbaycanın cüdo üzrə veteranlardan ibarət millisi Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatında çıxışını başa vurub.

ERAmedia xəbər verir ki, dördüncü yarış günündə bir usta cüdoçumuz fəxri kürsüyə qalxıb.

M8 yaş kateqoriyasında Fərhad Rəcəbli (90 kq) mundialın gümüş mükafatını qazanıb.

Qeyd edək ki, daha əvvəl Mövlud Mirəliyev (M5, -100 kq) qızıl, Qurban Məmmədli (M2, +100 kq), Vüqar Babayev (M3, -66 kq), Zaur Bağırov (M4, +100 kq) və Azər Əsgərov (M6, (-100 kq) isə bürünc medala yiyələniblər.

Beləliklə, komandamız mötəbər turniri 1 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümumilikdə 6 medalla tamamlayıb.

media-yaqmrodqljedncfwgfppbosjffpp1lgghukcxx6v_1200


media-adspc

Bənzər xəbərlər