media-089eddb6-a77c-4461-8244-e9cd1e9be434
media-bant_master

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sayca 13-cü Birinci katibi (1988–1990) olan Əbdürrəhman Vəzirovun siyasi fəaliyyəti haqqında məlumatımız olsa da, onun ailəsi haqqında çox az adamın informasiyası var.

ERAmedia xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist və tarixçi Namiq Həsənov bildirib.

O, Vəzirov barədə maraqlı məlumatlar verib. Məlumatda qeyd olunur ki, əslən şuşalı olan və 26 may 1930-cu ildə Bakıda doğulan Ə.Vəzirovun atası Xəlil Vəzirov Qarabağın son xanının baş vəziri Mirzə Camal Cavanşirinin Vəzirov nəslindəndir:

“Soyadının Vəzirov olması da buradan qaynaqlanır. Anası Tovuz Vəzirova Füzuli rayonunun (keçmiş Karyagin) Kommunist Partiyasının birinci katibinin bacısı idi. Ana tərəfdən babası Düdükçü kəndində böyük mülkədar olub və öz torpaqlarında İrandan ermənilərin məskunlaşmasına və yaşamasına şərait yaradılıb. Lakin sonradan ermənilər silahlanaraq kənddən bütün azərbaycanlıları qovduqları üçün Vəzirovun babası Füzulidə məskunlaşdı. İkinci Dünya Müharibəsi illərində xəstə azyaşlı bacısını dərmana görə itirib. Digər bacısı Bəyaz Vəzirova (Vaynşteyn) ixtisasca musiqi müəllimidir. O, Asəf Zeynallı adına Musiqi Texnikumunda müəllim işləmiş mərhum bəstəkar Leonid Vaynşteynin (1945–1994) həyat yoldaşıdır. Onun oğlu Rusiyada yaşayan məşhur bakılı Timur Vaynşteyndir.

Jurnalist qeyd edib ki, Ə.Vəzirov milliyətcə rus olan İrina adlı qadınla evli olub:

“Onların Eldar adında bir oğlu, Aliyə və Xəlil adlarında iki nəvəsi var.

Ə.Vəzirov 2022-ci ilin yanvarın 10-da Rusiya paytaxtı Moskva şəhərində 91 yaşında dəyişib.
Ə.Vəzirov sağlığında vəsiyyətinə əsasən Moskva şəhərinin Troekurov qəsəbəsində mərhum həyat yoldaşı İrinanın məzarının yanında torpağa tapşırılıb”.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər