media-1784963840_whatsapp-image-2026-07-24-at-21-43-00

VI “Yüksəliş” müsabiqəsinin qaliblərinin Rəsmi Qəbullar Sarayında mükafatlandırılması mərasimi keçirilib.

ERAmedia xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman naziri Fərid Qayıbov, mədəniyyət naziri Adil Kərimli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, eləcə də ekspertlər, qaliblər və media nümayəndələri iştirak ediblər.

Tədbirdə bildirilib ki, “Yüksəliş” müsabiqəsi ötən müddət ərzində ölkədə müasir idarəçilik mədəniyyətinin təşviqinə, yüksək potensiala malik rəhbər şəxslərin müəyyənləşdirilməsinə və yeni nəsil idarəçilərin yetişdirilməsinə xidmət edən strateji platformaya çevrilib.

Vurğulanıb ki, müsabiqə iştirakçılara praktiki təcrübə qazanmaq, real idarəetmə situasiyalarında öz potensiallarını nümayiş etdirmək, peşəkarlarla təcrübə mübadiləsi aparmaq və yeni əməkdaşlıq imkanları formalaşdırmaq üçün geniş platforma təqdim edir.

Qeyd olunub ki, müsabiqənin yaradılması Azərbaycan Prezidenti İlham Əliyevin insan kapitalının inkişafına, perspektivli idarəçilərin üzə çıxarılmasına, onların dəstəklənməsinə və ölkənin peşəkar kadr ehtiyatının formalaşdırılmasına verdiyi xüsusi önəmin təzahürüdür.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl dövlət siyasətində müasir biliklərə, innovativ düşüncəyə və yüksək idarəçilik bacarıqlarına malik kadrların yetişdirilməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. “Yüksəliş” müsabiqəsi də bu strateji yanaşmanın mühüm tərkib hissəsi olmaqla, ölkənin gələcək inkişafında fəal iştirak edə biləcək yeni nəsil idarəçilərin formalaşmasına xidmət edir.

Mərasimin sonunda VI “Yüksəliş” müsabiqəsinin qaliblərinə diplomlar təqdim edilib və xatirə fotosu çəkdirilib.


media-adspc

Bənzər xəbərlər