media-iss06989_ardroefd-1320x880

ABŞ vitse-prezidenti Cey Di Vens fevralın 10-11-i tarixlərində Azərbaycana rəsmi səfər edəcək.

ERAmedia xəbər verir ki, məlumatı Vensin mətbuat katibi Azadlıq Radiosuna təsdiqləyib.

Vens fevralın 9-10-da Ermənistana, ardınca 10-11-də isə Azərbaycana səfər edəcək.

Səfər zamanı ABŞ Dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq vitse-prezidentə müşayiət edəcək.

Bildirilir ki, bu səfər ABŞ administrasiyasının sülh təşəbbüslərini dəstəkləmək və “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsini təşviq etmək məqsədilə həyata keçirilir.

***

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Ermənistan və Azərbaycana səfəri 9–11 fevral tarixlərində baş tutacaq.

ERAmedia xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında qeyd olunub.

Onu ABŞ Dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq müşayiət edəcək.

“ABŞ Dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq fevralın 9-11-də İtaliyanın Milan şəhərinə, Ermənistanın İrəvan şəhərinə və Azərbaycanın Bakı şəhərinə olacaq səfərləri zamanı vitse-prezident Ceyms Devid Vensə qoşulacaq”, – məlumatda deyilir.

Bildirilir ki, o, Ermənistan və Azərbaycana səfəri zamanı ABŞ Prezidenti Donald Trampın sülh səylərini inkişaf etdirəcək və “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu”nu (TRIPP) təşviq edəcək.


media-adspc

Bənzər xəbərlər