media-17771026351408023359_1200x630

Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən təkbətək və geniş tərkibli görüşlər, imzalanan sənədlər və mətbuata verilən bəyanatlar iki ölkə münasibətlərinin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir.

ERAmedia-nın məlumatına görə, Milli Məclisin sədr müavini Musa Qasımlı bildirib ki, bu səfər Azərbaycan-Ukrayna əlaqələrinin daha da möhkəmlənməsinə ciddi töhfə verir.

Onun sözlərinə görə, dövlət başçısının “bugünkü səfər dostluq əlaqələrinin inkişafına mühüm töhfə olacaq” fikri münasibətlərin perspektivini aydın şəkildə ortaya qoyur.

Vitse-spiker vurğulayıb ki, tərəflərin bir-birinin ərazi bütövlüyünü və suverenliyini qarşılıqlı dəstəkləməsi xüsusi əhəmiyyət kəsb edir. Bu prinsipin yeni olmadığını deyən Musa Qasımlı qeyd edib ki, hələ 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlıq sənədlərində bu mövqe öz əksini tapıb və bu gün də davam etdirilir.

Onun sözlərinə görə, energetika sahəsində əməkdaşlıq da diqqət mərkəzində olub və bu istiqamət Ukrayna üçün həyati əhəmiyyət daşıyır. Azərbaycan bu sahədə Ukraynaya dəstəyini davam etdirir və gələcəkdə əməkdaşlığın daha da genişlənməsi gözlənilir.

Musa Qasımlı həmçinin hərbi-texniki əməkdaşlıq və hərbi sənaye sahəsində birgə istehsal imkanlarının böyük olduğunu bildirib. O qeyd edib ki, qarşıdakı dövrdə bu istiqamətdə konkret nəticələrin şahidi olmaq mümkündür.

Sədr müavini əlavə edib ki, Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımlar, xüsusilə müharibədən zərər çəkmiş uşaqlara dəstək, ölkəmizin humanist siyasətinin və xalqımızın ədalətə sadiqliyinin bariz nümunəsidir.

Vural


media-adspc

Bənzər xəbərlər