media-photo_5352601180623801392_y
media-bant_master

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında klassik vokal musiqisi konserti keçirilib.

ERAmedia xəbər verir ki, teatrın baş dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin bədii rəhbərliyi ilə ərsəyə gələn proqramda Əməkdar artistlər Nərgiz Kərimova, Səidə Şərifəliyeva, Fərid Əliyev, eləcə də teatrın digər aktyorları — Firus Məmmədov, Yuliya Heydərova, Eleonora Mustafayeva, Valeriya İskəndərova və Olqa Georqiyeva çıxış ediblər.

Onlar Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələri — Qara Qarayev, Fikrət Əmirov, eləcə də dünya operasının tanınmış bəstəkarları — Coakkino Rossini, Cüzeppe Verdi, Cakomo Puççini, Amilkare Ponkyelli, Klod Debüssi, Arrigo Boytonun və başqa bəstəkarların əsərlərini təqdim ediblər.

Vural


media-adspc

Bənzər xəbərlər