Voleybol millimiz Yunanıstanla oyunda qələbə qazanıb
Avropa çempionatına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Yunanıstanda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayıb.
ERAmedia-ya Federasiyadan bildirilib ki, komanda Afinada Yunanıstan yığması ilə iki dəfə qarşılaşıb. Millimiz hər iki oyunda 3:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Avropa çempionatına hazırlığının son mərhələsini Bakıda keçəcək.









