WUF13-ün yekun mətbuat konfransı keçirilib
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) yekun mətbuat konfransı keçirilib.
Konfransda BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün Milli Koordinatoru Anar Quliyev, BMT Baş katibinin müavini xanım Amina Mohammed, Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero iştirak ediblər.









