media-697b6f39b5dba697b6f39b5dbb1769697081697b6f39b5db8697b6f39b5db9

WUF13 çərçivəsində yollarda hər hansı məhdudiyyətlərin tətbiqi, postların qurulması və ya rayon və bölgələrdən paytaxta daxil olmaq istəyən sürücülərin qarşısının alınması nəzərdə tutulmur.

ERAmedia xəbər verir ki, bunu WUF13 tarixlərində nəqliyyatın idarə olunması planına dair keçirilən brifinqdə Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev bildirib.

Onun sözlərinə görə, yalnız mayın 18-də – açılış günü müəyyən qısamüddətli dəyişiklik ehtimalı istisna deyil:

“Qısa zaman ərzində paytaxtın cənub hissəsindən, “Lökbatan dairəsi” kimi tanınan ərazidən şəhərə daxil olan nəqliyyat vasitələrinin istiqaməti dəyişdirilərək kənar dairəvi yola yönləndirilə bilər. Bu isə digər istiqamətlərdən gələn nəqliyyat üçün hər hansı məhdudiyyət demək deyil.

Bu hal postların qurulması və ya nəqliyyat vasitələrinin buraxılmaması kimi qiymətləndirilməməlidir. Sadəcə olaraq, həmin istiqamətdən gələn nəqliyyatın şəhərə daxilolması alternativ marşrut vasitəsilə təşkil ediləcək. Zərurət yaranarsa, tədbir günü nəqliyyat vasitələri müvəqqəti olaraq kənar dairəvi yola istiqamətləndirilə bilər”.


media-adspc

Bənzər xəbərlər