media-whatsapp-image-2026-07-27-at-17-49-24

Qudyalçayın Xaçmaz rayonunun Xaspoladoba kəndi ərazisindən keçən hissəsində yerləşən körpü əsaslı təmirdən sonra istifadəyə verilib.

ERAmedia xəbər verir ki, 10 min nəfər əhalinin yaşadığı 9 kəndi rayon mərkəzi ilə birləşdirən körpü keçidi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında yenidən qurulub.

Layihəyə əsasən, yeni tikilən üçaşırımlı körpünün uzunluğu 63, eni isə 12 metrdir. Müasir standartlara uyğun yenidən qurulan körpü Xaspoladoba və ətraf kəndlərdə yaşayan sakinlərin rayon mərkəzinə təhlükəsiz və rahat gediş-gəlişini təmin edir.

 


media-adspc

Bənzər xəbərlər