Xaçmazda mağazada yanğın olub
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.
ERAmedia-ya bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən ümumi sahəsi 400 kvadratmetr olan mağazada yerləşən vitrin soyuducularda baş vermiş yanğın genişlənərək mağazaya və binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 6 ədəd vitrin soyuducu və mağazanın plastikdən ibarət divarı










