Xalq artistinin illər öncəsinə aid nadir fotosu yayıldı
Azərbaycan teatr və kino sənətinin sevilən simalarından olan mərhum Xalq artisti Telman Adıgözəlovun uşaqlıq illərinə aid nadir fotosu maraqla qarşılanıb.
ERAmedia xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan arxiv görüntüsü sənətkarın həyatının erkən dövrünə işıq salır və izləyicilərdə nostalji hisslər oyadır.
Fotoda gələcəkdə səhnə və ekranın tanınmış simalarından birinə çevriləcək Telman Adıgözəlov məktəb yaşlarında əks olunub. Sadə və səmimi görüntü sənətkarın uşaqlıq illərinin yaddaşlarda yenidən canlanmasına səbəb olub.
Qeyd edək ki, Telman Adıgözəlov uzun illər Azərbaycan teatrı və kinosunda yaratdığı yaddaqalan obrazlarla tamaşaçıların rəğbətini qazanıb. Onun ifa etdiyi müxtəlif xarakterli rollar milli mədəniyyətimizin dəyərli irsi kimi qiymətləndirilir.
Paylaşılan arxiv fotosu sənətkarın həyat yoluna maraq göstərənlər tərəfindən geniş şəkildə paylaşılır və xoş xatirələrlə qarşılanır.
Vüsalə









