media-whatsapp-image-2026-08-18-at-10-04-24

Xalq rəssamı Əzim Əzimzadənin həyatında İkinci Dünya müharibəsi illəri xüsusilə ağır və faciəli hadisələrlə yadda qalıb.

ERAmedia xəbər verir ki, 1939-cu ildə Bakının gündəlik həyatını özünəməxsus sənət dili ilə təsvir edən rəssam müharibə başladıqdan sonra ailəsi ilə bağlı böyük sınaq qarşısında qalıb. Əzim Əzimzadənin üç oğlu cəbhəyə yollanıb.

Həmin dövrdə rəssamın qarşısına sənət dünyası ilə bağlı mühüm seçim də çıxıb. İstedadlı gənc rəssam Mikayıl Abdullayevin də cəbhəyə göndərilməsi məsələsi gündəmə gələndə Əzim Əzimzadə ölkə rəhbəri Mircəfər Bağırova müraciət edərək onun müharibəyə yollanmamasını xahiş edib.

Xahiş nəzərə alınıb və Mikayıl Abdullayev cəbhəyə göndərilməyib. Beləliklə, Azərbaycan təsviri sənətinin gələcəkdə mühüm simalarından birinə çevriləcək rəssam yaradıcılığını davam etdirmək imkanı qazanıb.

Lakin Əzim Əzimzadənin öz ailəsi üçün vəziyyət heç də belə olmadı. Onun oğullarından biri müharibədə həyatını itirdi. Övladının ölüm xəbərini alan rəssamın səhhəti kəskin şəkildə pisləşdi və o, yatağa düşdü.

Bu ağır itki Əzim Əzimzadənin həyatının son dövrünə də təsirsiz ötüşmədi. Rəssam çox keçmədən dünyasını dəyişdi.

Əzim Əzimzadənin həyat hekayəsi təkcə Azərbaycan incəsənətinin inkişafı baxımından deyil, müharibənin ayrı-ayrı ailələrin taleyində buraxdığı dərin izlər baxımından da diqqət çəkir. Onun Mikayıl Abdullayev üçün etdiyi müraciət isə sənətə və istedadlı gənclərin gələcəyinə verdiyi önəmin maraqlı nümunələrindən biri kimi xatırlanır.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər