Xalqını DİZ çökdürməklə ayaq üstə dayanmaq istəyi
Ötən il dekabr ayının 28-dən İranda davam edən etirazlar, 2022-ci ildə Mahsa Amininin ölümü ilə başlayan “Qadınlar, Həyat, Azadlıq” hərəkatından bəri İran hökuməti üçün ən ciddi problemdir.
Xatırladaq ki, Amini, sözdə əxlaq polisinin işgəncələri nəticəsində ölmüş və bu fonda etirazlar bütün İranı silkələməşdi.

Bu barədə ERAmedia-ya danışan Regional təhlükəsizlik məsələləri üzrə ekspert Firuz Novruzov “İran rialının kəskin devalvasiyası və artan infilyasiyanı” etirazlar üçün səbəb deyil, vəsilə olaraq dəyərləndirmək lazım olduğunu bildirir: “Əslində baş verən hadisə və onun fonundakılar dini liderlərin və ya dini normaların dövlət idarəçiliyini tamamilə öz əllərində cəmləşdirdiyi, qanunların və siyasətin dini prinsiplərə əsaslandığı idarəçilik formasına etirazdır”
Baş verənlərin 1979-cu ildən İranda bərqərar olan teokratik marginal hakimiyyətin idarəetmə sisteminə, onun yürütdüyü antisosial siyasətə qarşı etiraz olduğunu qeyd edən ekspert sonradan tələbələr və əhalinin digər təbəqələrinin də onlara qoşulmasını fikrinin təsdiqi kimi təqdim etdi.
Xameneinin tənqidləri səslənən məqamdan Tehran və digər iri şəhərlər, xüsusən Təbrizdə etirazçılarla polis arasındakı toqquşmaları, etiraz həftəsi ərzində ən azı doqquz nəfərin ölümünü, bunun fonunda 44 nəfərin həbsini “iğtişaşçılara qarşı qanuni addım” kimi təqdim olunduğunu deyən ekspert, Trampın “İran hakimiyyəti etirazçıları öldürməyə davam edərsə, onlara kömək olunacağını” vurğulamasını, Ali Rəhbərin “ABŞ-ın bölgədəki hərbi bazalarına zərbələr vurulacaq” hədəsinin cavabsız qalmayacağına əminliyini bildirib: “Xameneinin “12 Günlük Müharibə şəhidlərinin” ailələri ilə görüşündə etirazları İran düşmənləri tərəfindən aparılan “yumşaq müharibə” adlandırmasını, baş verənlərin “cəmiyyəti ruhdan saldığını” və “şübhə və ümidsizlik toxumu səpdiyini”, “icra hakimiyyətini davam edən nümayişləri sərt şəkildə yatırmağa” çağırışları isterikadır”.
O, Ali Rəhbərin “Etiraz qanunidir, lakin etiraz iğtişaşlardan fərqlidir. Biz etirazçılarla danışırıq, amma iğtişaşçılarla danışmağın mənası yoxdur. İğtişaşçılar öz yerlərinə qoyulmalıdır!”- deməsini qonşuluğumuzdakı ölkədə yaxşı nəsə vəd etmədiyi” qənaətini əməkdaşımızla bölüşür.
Firuz Novruzov əmindir ki, yaranan situasiyanın düzgün qiymətləndirilməməsi, üstəlik, “etirazların arxasında iğtişaşçılar və düşmən muzdluları dayanır” söylənilməsinin, “iğtişaşçılara” qarşı sərt tədbirlər görülməli olduğunun bildirilməsi”nin rejim rəhbərinin praqmatizmdən nə qədər uzaq olduğunun göstəricisidir.
Əlihüseyn Salam










