Xankəndi, Ağdərə və Xocalı rayonlarında soyqırım qurbanları bir dəqiqəlik sükutla yad olunub
Fevralın 26-da saat 17:00-da Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən ERAmedia -ya verilən məlumata görə, sükut zamanı nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ehtiram ifadə olunub.










