media-videoedited
media-9973_1699435911
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bu gün – sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür.

ERAmedia xəbər verir ki, Azərbaycanda bu gün artıq ikinci dəfədir qeyd olunur.

Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd ediləcək.

Bu tarixi günün təsis olunması Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması ilə bağlıdır. Belə ki, bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin erməni sepratçılarından təmizlənməsindən 2 il ötür. Ali Baş Komandan 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şusa, Xocalı, Ağdərə rayonlarına səfər etdi, Əsgəran qalasında olub və orada Azərbaycan bayrağını qaldırdı.

 


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər