media-58ceb931-d053-461f-8bf7-6a6b03d38243
media-bant_master

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə dekabrın 27-də Xankəndi şəhərində bayram ovqatlı “Qış nağılı” adlı yarmarka fəaliyyətə başlayıb.

ERAmedia xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə sayca 2-ci dəfə keçirilən yarmarka, şəhərin Zəfər meydanında təşkil edilib.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yarmarkada 30-dək şirkət öz məhsulları ilə təmsil olunur. Yarmarka yanvarın 5-dək davam edəcək.

 


media-adspc

Bənzər xəbərlər