media-1766903765_176690345265198897_1200x630
media-bant_master

media-1766903765_1766903452139135792_1200x630

Dekabrın 28-də Xankəndi şəhərinə mövsümün ilk qarı yağıb. Axşam saatlarından yağan qar şəhərə qış ab-havası gətirib, küçə və parklar ağ örpəyə bürünüb.

ERAmedia-ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hava şəraitinin dəyişməsi ilə əlaqədar kommunal xidmətlər gücləndirilmiş iş rejiminə keçib. Nəqliyyatın maneəsiz hərəkəti üçün yolların təmizlənməsi istiqamətində tədbirlər görülür.


media-adspc

Bənzər xəbərlər