media-data-analytics-1024x683

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın ticarət dövriyyəsi illik müqayisədə 7,4 faiz artaraq 33 milyard 934,9 milyon dollar təşkil edib.

ERAmedia xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hesabat dövründə ixracın dəyəri 36,2 faiz artaraq 22 milyard 511,5 milyon dollar, o cümlədən qeyri-neft-qaz ixracı 2,6 dəfə artaraq 6 milyard 278,8 milyon dollar olub.

Səkkiz ayda idxalın dəyəri isə 24,1 faiz azalaraq 11 milyard 423,4 milyon dollar təşkil edib.


media-adspc

Bənzər xəbərlər