media-1778776306162821945_1200x630

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.

ERAmedia xəbər verir ki, dördüncü yarış günündə Azərbaycanın bir güləşçisi fəxri kürsüyə qalxıb.

Xədicə Qurbanzadə (49 kiloqram) finalda ukraynalı Olena Kolubayla qarşılaşıb. Rəqibinə məğlub olan (0:10) həmyerlimiz Avropa çempionatını gümüş medalla başa vurub.


media-adspc

Bənzər xəbərlər