Xəstəxana direktoru vəzifəsindən azad olunub
Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev vəzifəsindən azad olunub.
Məlumatı TƏBİB ERAmedia-ya təsdiqləyib.
Qeyd edilib ki, F.Babayev öz ərizəsi ilə işdən azad edilib.
Məlumat üçün bildirək ki, Fariz Hənifə oğlu Babayev 2021-ci ilin sentyabr ayında bu vəzifəyə təyin olunmuşdu.









