media-1786279670921237870_1200x630

Bakının Xətai rayonunda qeydə alınan yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələrinin operativ müdaxiləsi nəticəsində qısa müddətdə söndürülüb.

ERAmedia-ya FHN-dən bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin operativ tədbirləri nəticəsində Orxan İsmayılov küçəsindəki yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Orxan İsmayılov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

ERAmedia-ya FHN-dən bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.


media-adspc

Bənzər xəbərlər