Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində 10-dan çox ölü suiti aşkarlanıb. Heyvanların ölüm səbəbləri hələlik məlum deyil.
ERAmedia yaxınlığında aşkar edib. Onun sözlərinə görə, ölü suitilər sahilboyu təxminən 2,5-3 kilometrlik ərazidə olub.
Qadın aşkar etdiyi ölü suitilərin fotolarını yerli nəşrə göndərib.
Qeyd edək ki, Qazaxıstanın Xəzər sahillərində əvvəllər də oxşar hallar qeydə alınıb. Bu ilin yazında həmin ərazidə yüzlərlə ölü suiti aşkarlanmışdı.









