media-image_750x_655d8c085ade7-750-1080-resize

Qazaxıstanın Manqistau vilayətinin Tupkaraqan rayonu ərazisində Xəzər dənizinin sahillərində “Qırmızı Kitab”a daxil edilmiş 97 Xəzər suitisinin leşi aşkarlanıb.

ERAmedia xəbər verir ki, bu barədə Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qurumun məlumatına görə, 17 aprel tarixinə olan vəziyyətə əsasən, qərb küləyi nəticəsində Tupkaraqan rayonu çərçivəsində Xəzər dənizi sahilinə 97 baş suitinin leşi çıxarılıb. Heyvanların ölüm səbəblərini müəyyən etmək üçün mütəxəssislər cəsədlərdən nümunələr götürüblər.

“Hidrobiologiya və ekologiya institutunun əməkdaşlarının fikrincə, suitilərin ölümü bir aydan artıq müddət əvvəl baş verib, lakin onlar leşləri yalnız indi Manqistau vilayətinin Tupkaragan rayonu sahillərinə qərb istiqamətli güclü küləklər nəticəsində çıxarılıb”, – deyə komitədən bildirilib.

Xəzər suitisi yalnız Xəzər dənizinin akvatoriyasında yaşayan endemik növdür. O, dəniz ekosisteminin sağlamlıq vəziyyətini qiymətləndirməyə imkan verən bioindikator hesab olunur.


media-adspc

Bənzər xəbərlər