Xəzərdə ZƏLZƏLƏ oldu
Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ qeydə alınıb.
ERAmedia xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla aprelin 14-də 03:03-də qeydə alınan zəlzələnin ocağı 29 kilometr dərinlikdə olub.









