Xəzərdə zəlzələ olub
İyunun 17-də Xəzər dənizində zəlzələ qeydə alınıb.
ERAmedia xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, maqnitudası 3,5 olan zəlzələ yerli vaxtla saat 11:53-də qeydə alınıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 18 kilometr olub.









