XİN “Diplomatiya Könüllüləri” qrupuna qəbul elan edir
Azərbaycanın Xarici İşlər Nazirliyi 2026-2027-ci il üzrə Nazirliyin nəzdində fəaliyyət göstərən “Diplomatiya Könüllüləri” qrupuna könüllülərin qəbulunu elan edir.
ERAmedia-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, könüllü sıralarına qoşulmaq istəyən namizədlər üzvlük üçün müəyyən olunmuş tələblərə uyğun şəkildə XİN-in rəsmi internet səhifəsində elektron keçid vasitəsilə müraciət edə bilərlər.
Müraciətlərin qəbulu 2026-cı il oktyabrın 20-31-də həyata keçiriləcək.
Sənəd qəbulu yekunlaşdıqdan sonra tələblərə uyğun namizədlərlə seçim prosesinin növbəti mərhələsi üçün əlaqə saxlanılacaq.










