XİN Pakistana başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib.
ERAmedia xəbər verir ki, bu barədə XİN sosial şəbəkə hesablarında paylaşım edib.
“Pakistanın Kvetta şəhərində qatarı hədəf alan və günahsız insanların faciəvi şəkildə həlak olmasına və bir çox insanın yaralanmasına səbəb olan dəhşətli terror hücumunu qətiyyətlə pisləyirik.
Həlak olanların ailələrinə başsağlığı verir və bu çətin dövrdə qardaş Pakistan xalqı və hökuməti ilə həmrəy olduğumuzu bildiririk.
Bu cür terror aktları heç vaxt haqlı sayıla bilməz və bütün forma və təzahürlərində birmənalı şəkildə rədd edilməlidir”, – deyə paylaşımda bildirilib.









