XİN Qəzzada atəşkəs razılaşmanı alqışlayıb
Azərbaycanın Xarici İşlər Nazirliyi Qəzzada atəşkəsin təsis edilməsi üçün əldə olunan razılaşmanı alqışlayıb.
ERAmedia bildirir ki, bu barədə nazirliyin “X” sosial şəbəkə hesabında paylaşım edilib.
“Qəzzada atəşkəsin təsis edilməsini, girovların və məhbusların azad edilməsi üçün yolun açılmasını, həmçinin Qəzzaya maneəsiz humanitar yardımın çatdırılması və onun yenidən qurulması üçün əlverişli şərait yaradacaq razılaşmanın əldə edilməsini alqışlayırıq.
Ümid edirik ki, sazişin bütün mərhələləri layiqincə yerinə yetiriləcək və regionda ədalətli və davamlı sülh üçün səylər gücləndiriləcək. Biz bu nəticəyə doğru ABŞ, Türkiyə, Qətər və Misirin vasitəçiliyini təqdir edirik”, – deyə paylaşımda qeyd edilib.