media-getty_images_2203179764_1765188476

İran ilə ABŞ arasında söz müharibəsi yenidən gərginləşib. Tehran rəhbərliyi son dövrlərdə artan ABŞ təhdidlərinə qarşı sərt ritorika nümayiş etdirir.

ERAmedia-nın məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçi sosial media hesabında diqqətçəkən açıqlama verib. O, mümkün yeni müharibə ssenarisində güc balansının Vaşinqtonun gözlədiyi kimi formalaşmayacağını bildirib.

Əraqçi qeyd edib ki, əvvəlki qarşıdurmalardan çıxarılan nəticələr və döyüş meydanında əldə edilən yeni təcrübələr gələcək müharibənin daha fərqli nəticələr doğura biləcəyini göstərir.

İran rəsmisi həmçinin ABŞ prezidenti Donald Trampın təhdidlərinə cavab olaraq bildirib ki, İran tərəfinə qarşı hərbi əməliyyatların başladılmasından aylar sonra ABŞ Konqresi milyardlarla dollar dəyərində bir çox hərbi hava vasitəsinin itirildiyini etiraf edib.

Onun sözlərinə görə, İran silahlı qüvvələrinin “çox təriflənən F-35 təyyarəsini vuran ilk qüvvə” olduğu təsdiqlənib. Əraqçi xəbərdarlıq edib ki, İrana qarşı hücumların yenidən başlanması ABŞ üçün daha ağır nəticələr doğura bilər.

“Çıxarılan dərslər və əldə etdiyimiz biliklərlə birlikdə, müharibəyə dönüş daha çox sürprizə sahne olacaq”, – deyə Abbas Əraqçi vurğulayıb.

Vural


media-adspc

Bənzər xəbərlər