media-videoedited
media-17607392511819057865_1200x630
media-shehidler_olmez_baner_full

Çinin Hujou şəhərində BMT Turizm Təşkilatının (UN Tourism) təşkilatçılığı ilə “Ən yaxşı turizm kəndləri 2025” mərasimi və üçüncü illik şəbəkə görüşü keçirilib.

ERAmedia-ya Dövlət Turizm Agentliyindən bildirilib ki, tədbirin məqsədi kənd turizminin inkişafına mühüm töhfə verən, davamlılıq və mədəni irsin qorunması sahəsində nümunə göstərən kəndlərin adlarını elan etmək, həmçinin bu proqram çərçivəsində tanınmış kəndlərin nümayəndələrini bir araya gətirərək təcrübə mübadiləsi aparmaq və gələcək istiqamətləri müzakirə etmək olub.

Ümumdünya Turizm Təşkilatının elan etdiyi “Ən yaxşı turizm kəndi” müsabiqəsinə Azərbaycandan Xınalıq kəndinin namizədliyi irəli sürülüb. Bu layihənin əsas məqsədi kənd ərazilərində turizmin inkişafı üzrə ən yaxşı nümunələri üzə çıxarmaq, həm də uzun illər boyunca öz unikallığını, mədəni-tarixi irsini qoruyan, bununla yanaşı, həm də müasir turizmin tələblərinə cavab verən kəndləri aşkarlamaqdır.

Müsabiqənin yekununda Xınalıq kəndi BMT-nin Turizm Təşkilatının “Best Tourism Villages” siyahısına daxil edilib. Bu, Xınalığın yalnız milli deyil, həm də beynəlxalq miqyasda turizm və mədəni irs destinasiyası kimi qəbul edilməsinin bariz göstəricisidir. Eyni zamanda bu uğur Xınalığın tanıdılmasına, turizm axınının artmasına və yerli icmanın rifahına mühüm töhfə verəcək. Mərasimdə BMT-nin Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili mükafatı Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyliyə təqdim edib.


media-adspc

Bənzər xəbərlər